"Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə ABŞ-ə zərər verə bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran lideri Ayətullah Əli Xamenei deyib.
O, ABŞ-nin mümkün hücum təhdidlərinə cavab verib.
"İran xalqı təhdid dilinə boyun əyməyəcək. Biz nə məcburi sülhü, nə də müharibəni qəbul etməyəcəyik. İran təslim olmayacaq. İstənilən hücumun ciddi nəticələri olacaq", - o bildirib