AZ

Qayınata gəlinini yuxuda boğub, sonra isə YANDIRDI – FOTO

Çeçenistanda “nümunəvi ailə başçısı” gəlinini yuxuda boğub, sonra isə yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Lobnyadan olan Kristina 17 yaşında bir çeçenlə tanış olub, bir il sonra evlənib və bir qızı doğulub. Ancaq iki il sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Bir gün Kristinanın keçmiş qayınatası onu Çeçenistanda nəvəsi ilə görüşə dəvət edib. Qız gəlib, bir gün qalıb, gecə isə keçmiş qayınata Ruslan Umayev onu boğub, xalçaya büküb və odda yandırıb.

O, qalıqları kiçik sümük parçaları şəklində Kristinanın anasına göndərib.

Qatilin həbsinə baxmayaraq, o, tezliklə sərbəst buraxılıb. Umayev müqavilə imzalayıb və Alaudinovun qanadı altında müharibəyə gedib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
13
interpress.az

1Mənbələr