İsrailin İranın nüvə obyektlərinə zərbələri bütün dünya üçün təhlükə yaradır.
Qaziler.az bildirir ki, bu barədə iyunun 18-də “İzvestiya” studiyasında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"İranın nüvə obyektlərinə endirilən zərbələr mahiyyət etibarı ilə bütün digər məsələləri arxa plana keçirib. Nəyə görə? Çünki burada təkcə konkret bir seqmentdə hüquqların və ya beynəlxalq hüququn pozulmasından deyil, bütövlükdə həm region, həm də dünya üçün təhlükədən danışmaq lazımdır", - o deyib.
Zaxarova bunu ekzistensial sual adlandırıb və Yaponiyanın uzun illərdir nəticələrini tam aradan qaldıra bilmədiyi "Fukusima" AES-dəki qəzanı xatırladıb. O, həmçinin vurğuladı ki, bu fəlakət kənardan məqsədyönlü hücumlara görə deyil, texnogen səbəblərə görə baş verib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi aydınlaşdırıb ki, İsrail tərəfi də öz növbəsində ölümcül nəticələrə səbəb olacaq şəkildə məhv etmək və ya zədələmək məqsədi ilə qəsdən zərbələr endirir.
QAZİLER.AZ