AZ

İranda iki banka kiberhücum olub

İranda

İran hökumət sözçüsü Fatma Muhəccərani ölkədə internetin yavaşlaması və bank sistemindəki problemlərin kibertəhlükələrdən qaynaqlandığını bildirib. O, Sepah və Pasargad bankalarının hücuma məruz qaldığını, lakin bu hücumların məlumat sızmasına deyil, bank əməliyyatlarının pozulmasına yönəldiyini vurğulayıb.

Müştərilərin məlumat təhlükəsizliyi baxımından narahat olmasına ehtiyac olmadığını qeyd edən Muhəccərani, mütəxəssislərin məsələyə müdaxilə etdiyini və problemin tezliklə aradan qaldırılacağını deyib. O, həmçinin yol hərəkətindəki sıxlıq səbəbindən bəzi bank filiallarına nağd vəsait çatdırılmasında çətinliklər yaşandığını bildirib və əsgər təqaüdçülərinin maaşlarını ödəyən Sepah Bankının xüsusi önəm daşıdığını vurğulayıb.

İnternetlə bağlı problemlərə toxunan Muhəccərani, yavaşlamanın səbəbinin kibertəhlükələr olduğunu deyərək, “Təcili vəziyyət olmadığı müddətcə milli internetə keçməyəcəyik,” ifadəsini işlədib.

Bu açıqlamalar, İsraillə əlaqəli olduğu iddia edilən “Gonjeshke Darande” adlı haker qrupunun İranın “Nobitex” kriptovalyuta birjasına və Sepah Bankına hücum etdiyini iddia etməsindən sonra hücumları təsdiqləmiş olub.

Məryəm Quliyeva

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr