AZ

Qiymət oyunu “Grand-Mart” marketə baha başa gəldi - PROTOKOL YAZILDI

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan araşdırma nəticəsində “Grand-Mart” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: “Embawood” cərimələndi

FED.az xəbər verir ki, yoxlama zamanı məlum olub ki, satışda olan qida məhsulunun üzərində göstərilmiş qiymət ilə kassadakı real satış qiyməti arasında fərq var. Alıcılar bu fərqə əsasən göstəriləndən baha qiymət ödəməyə məcbur qalıblar, bu isə istehlakçının maddi maraqlarına zərər vurur və aldadılma halları yaradır.

Pozuntu ilə bağlı 06 mart 2025-ci il tarixində protokol tərtib olunub. Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə ziddir.

Bu cür hallarda İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən məsuliyyət nəzərdə tutulur. Maddəyə görə, malın hesabına dair az miqdarda aldadılma belə inzibati xəta kimi qiymətləndirilir və qanunla cərimə tətbiq olunur.

Seçilən
0
fed.az

1Mənbələr