Bakı. Trend:
Qazaxıstanın Aktau şəhərində "Azərbaycan və Qazaxıstan:Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi"adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Məktəb Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi, “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşkilatçılığı iləkeçirilib.
Azərbaycan, Qazaxıstan və digər türk dövlətlərindən 40 dinləyicikonstitusiya quruculuğu, suverenlik tarixi, mədəniyyətlərarasıdialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq imkanıqazanıblar. Düşərgədə Azərbaycandan gedən alimlər Eldar Cəfərov(Bakı Dövlət Universiteti) və Elvin Talışinski (AzərbaycanUniversiteti) də iştirak ediblər.
Yay məktəbinin proqramına seminarlar, məşğələlər, AbişKekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyasıdaxil olub.
Tədbirin bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan vəTürkmənistanın baş konsulları iştirak ediblər.
"Azərbaycan Mərkəzi"nin direktoru İlkin Orucov Yay məktəbininişinin yekunlarını açıqlayıb. Məktəbin gənclər arasındaəməkdaşlığın inkişafına və Azərbaycan ilə Qazaxıstanın qardaşlıqəlaqələrinin möhkəmlənməsinə verdiyi töhfədən bəhs edib.
Azərbaycanın Aktaudakı Baş Konsulu Ayxan Süleymanlı Yayməktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək təhsilvə mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinəhazır olduğunu bildirib.
Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaevauniversitetin bazasında belə tədbirlərin keçirilməsinin vacibliyiniqeyd edərək "Azərbaycan Mərkəzi" ilə əməkdaşlığın davametdirilməsinə ümidvar olduğunu söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədovölkələr arasında əlaqələrin möhkəmlənməsində gənclərin rolunuvurğulayıb, Yay məktəbinin iştirakçılarına və təşkilatçılarınatəşəkkür edib.
"Dostluq" Etno-mədəni Birliyinin sədri Şəmsəddin HüseynovAzərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafınınvə bu prosesdə gənclərin rolunun vacibliyindən danışıb.
İştirakçılara sertifikatlar təqdim edildikdən sonra tədbir bədiihissə ilə başa çatıb.