ABŞ-ın nüvə obyektlərinə hücumu halında İranın Hörmüz boğazını mina ilə bağlaya biləcəyi iddia edilib.
ABŞ-ın New York Times (NYT) qəzeti ilə danışan və adı açıqlanmayan ABŞ-lı rəsmilərə istinad edilən xəbərdə İsrailin İran üzərinə hücumları ilə başlayan qarşıdurmaya dair yeni qiymətləndirmələr yer alıb.
ABŞ-lı rəsmilər xəbərdarlıq ediblər ki, ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumu halında İran Hörmüz boğazını mina ilə bağlamağa başlayacaq.
Eyni xəbərdə İran dəstəkli Husilərin Yəməndə Qırmızı dənizdəki gəmilərə və bölgədəki bəzi ABŞ bazalarına hücum etməyə başlayacağı gözlənildiyi də vurğulanıb.