AZ

Rusiya futbol klubu fəaliyyətini dayandırıb

"Ximki" Futbol Klubu (FK) fəaliyyətini dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 18-də komandanın saytında mətbuat xidməti məlumat yayıb.

“Ximki” Futbol Klubunun hazırkı formada fəaliyyətinin dayandırılması ilə bağlı çətin qərar qəbul edilib”, - məlumatda deyilir.

Bəyanatda həmçinin futbol klubunun futbolçularına, məşqçilərinə, əməkdaşlarına, azarkeşlərinə və tərəfdaşlarına təşəkkür edilib.

Moskva vilayətinin klubu 1997-ci ildə yaradılıb. “Ximki” iki dəfə Rusiya Kubokunun finalçısı olub, 2006 və 2023–2024-cü illərdə ölkə çempionatının ikinci güclü divizionunu qazanıb.

QAZİLER.AZ

Seçilən
12
1
qaziler.az

2Mənbələr