AZ

İran İsrail səmasına nəzarəti ələ keçirib?

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İran Hərbi Hava Qüvvələri gecə hücumu zamanı İsrail səmasında nəzarəti ələ keçirib.

Bu barədə İRNA agentliyi xəbər verir: “Bugünkü raket hücumu göstərdi ki, biz işğal olunmuş ərazilərin (İsrailin) səmalarına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl İDF İrandan raket buraxılışlarını qeydə alıb. İsrailin “Yedioth Ahronoth” nəşri Qüds ərazisində güclü partlayış səslərinin eşidildiyini yazıb. Nəşrin məlumatına görə, İran İsrailə 20-yə yaxın raket atıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr