AZ

FİFA İsraildəki legioner futbolçularla bağlı qərar verdi

FİFA İsrail çempionatında çıxış edən legioner futbolçulara müqavilələrini birtərəfli qaydada və pulsuz dayandırmağa icazə verib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "One" nəşri məlumat yayıb.

Qərarın səbəbi İsraillə İran arasında baş verən hərbi qarşıdurmadır. Yeni qaydaya əsasən, əcnəbi futbolçular klublarla müqavilələrini pozaraq heç bir maliyyə öhdəliyi olmadan İsraili tərk edə bilərlər.

Qeyd edək ki, bənzər qərar 2022-ci ildə də qəbul olunmuşdu. Həmin vaxt FİFA Rusiya Premyer Liqasında çıxış edən legionerlərə eyni hüquqları tanımışdı.

Seçilən
6
publika.az

1Mənbələr