AZ

Əliyevdən sonra Paşinyan da Ankaraya gedir – Qovluqlarda nə var: Zəngəzur dəhlizi, yoxsa..? 

  İyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir. Regionda mürəkkəb geosiyasi durum şəraitində bu səfərin xüsusi diqqət çəki. Bir gün sonra, iyunun 20-də Ermənistan Baş naziri Nikol Paşinyanın da Türkiyəyə səfəri planlaşdırılır. Hər iki səfər Cənubi Qafqazda yeni siyasi və regional dinamikanın işarələrini daşıyır.

Səfərlərin məqsədi nədir? Hansı məsələlərin müzakirəsi gözlənilir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmərliyev bildirib ki, bu səfərlər Cənubi Qafqazda Türkiyənin gücünü göstərir:

“Səfərlərə həm ümumi, həm də fərqli aspektlərdən yanaşmaq olar. Azərbaycan və Türkiyə münasibətləri son dövrlərdə sürətlə inkişaf edir. İki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin dünyada bənzəri yoxdur. Şuşa Bəyannaməsindən sonra bu əlaqələr daha da yüksələn xətt üzrə inkişaf edir. Yeni əməkdaşlıq mərhələləri müzakirə olunur.

İran-İsrail gərginliyi fonunda Ankara və Bakı arasında məsləhətləşmələrə ciddi ehtiyac var. Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdədir və hər iki ölkənin mövqeyi açıqdır.


Ermənistan və Türkiyə arasında normallaşma prosesi də baş tuta və bu məsələ geniş müzakirə oluna bilər. Paralel olaraq Ermənistan Avropa İttifaqına namizədliyini təqdim edib ki, bu da Cənubi Qafqazın geosiyasi vəziyyətində köklü dəyişikliklərə səbəb olacaq.

Bu, həmçinin Rusiya və İranın regiondakı mövqelərinin zəifləməsi, Qərbin mövqeyinin isə güclənməsi üçün zəmin yaradır. Səfər zamanı bu məsələlərin müzakirəsi gözlənilir.

Ümumilikdə, Rusiya və İranın müharibə aparması fonunda Türkiyənin regiondakı rolu güclənir ki, bu da normallaşma prosesinə və Zəngəzur dəhlizinin açılmasına ciddi təsir göstərəcək”.


Seçilən
5
referans.az

1Mənbələr