AZ

SAVAŞ ŞİDDƏTLƏNİR: “ABŞ-ın müharibəyə qoşulması…”

“ABŞ-ın müharibəyə qoşulması İranın atdığı siyasi addımlardan aslıdır. Əgər İran ərəb ölkələrinə, fars körfəzi ətrafında yerləşən ölkələrə, ABŞ bazalarına təhlükə yaratsa Amerikanın bu münaqişəyə qoşulması şübhəsizdir. Digər tərəfdən Donald Trampın bununla bağlı bir sıra bəyanatları da var. O bildirib ki, əgər nüvə silahlı ilə bağlı İran sazişə imza atmasa və bu silah müəyyən təhlükə yaratsa, ABŞ İsrailin tərəfindən genişmiqyaslı addımlar atacaq. Bu addımların nədən ibarət olacağı məlumdur. Bu, İsrailə həm hərbi-texniki yardım, ABŞ-ın həm də birbaşa müharibəyə qoşulmasıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq ABŞ-ın müharibəyə qoşulacağı təqdirdə digər dövlətlərin atacağı addımlar barədə də danışıb:

“ABŞ-ın qoşulacağı təqdirdə digər ölkələrin də müharibəyə qoşulacağı hələ ki müəmmalıdır. Məsələn, Çin və Rusiya o zaman qoşula bilər ki, onların maraqlarına regionda zərbə vurulsun. Beynəlxalq təşkilatlar , dövlətlər tərəfindən münaqişə tərəflərini müdafiə edəcək və ya hədəliyəcək ciddi çıxışlar ola bilər. Ancaq məqsəd bu savaşı tezliklə bitirmək olmalıdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr