İranın ali lideri Ayətullah Əli Xameneyi bəyan edib ki, ölkəsi hava məkanının pozulmasına görə İsraili heç vaxt bağışlamayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Xalqına müraciətində Xameneyi vurğulayıb ki, İsrail hakimiyyətinin bu addımı ciddi bir səhvdir və bu səhvin cavabı veriləcək. O bildirib ki, İran həm məcburi müharibəyə, həm də zorla qəbul etdirilməyə çalışılan sülhə qarşı qəti şəkildə mübarizə aparacaq və heç bir təzyiq qarşısında baş əyməyəcək.
Bununla yanaşı, o ABŞ-a müraciətlə qeyd edib ki, İran heç vaxt təslim olmayacaq və ABŞ-ın istənilən hərbi hücumu ciddi və bərpaolunmaz nəticələrə gətirib çıxaracaq.