AZ

"Sabah"ın Avropa Liqasındakı mümkün rəqibi bəlli oldu

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Sabah" klubunun potensial rəqibi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçisi I təsnifat mərhələsini keçəcəyi halda, növbəti mərhələdə Kiprin AEK klubu ilə Serbiyanın "Partizan" komandası arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Bu mərhələnin ilk oyunları 24 iyulda, cavab matçları isə 31 iyulda baş tutacaq. Əgər "Sabah" növbəti mərhələyə yüksəlsə, ilk oyunu Bakıda, azarkeşləri önündə keçirəcək.

Xatırladaq ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə qarşılaşacaq. İlk oyun 10 iyulda Bakıda, cavab qarşılaşması isə 17 iyulda Sloveniyada keçiriləcək.

Seçilən
20
90deqiqe.az

1Mənbələr