AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Avstriyanın keçmiş Xarici İşlər naziri Karin Knaysal belə deyib.
“Nə isə hazırlanırdı, lakin biz hələ Vaşinqtonla Tehran arasında genişmiqyaslı qarşıdurma dövrünə qədəm qoymamışıq. ABŞ prezidentinin ətrafı arasında həm birbaşa münaqişənin tərəfdarı, həm də hadisələrin belə inkişafının əleyhinə olanlar var. Amma qərarı Trampın özü verəcək. Vəziyyət dalana dirənib. Prezident Tramp hələ son qərarını verməyib”, - xanım Knaysal vurğulayıb.
Bundan əvvəl Karin Knaysal bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu öz siyasi mövcudluğunüçün İrana qarşı hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri problemi Netanyahusuz həll etsələr, regionda gərginliyin daha da artmasının qarşısını ala bilərlər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta