İsrailin İranın ballistik raketlərindən qorunmaq üçün istifadə etdiyi Arrov raketləri tükənir.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street" məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu, İsrailin İrana qarşı uzunmüddətli müharibə aparmaq qabiliyyətini şübhə altına alacaq.
İsrailin əsas müdafiə sistemi 2400 kilometrə qədər mənzilə malik olan və sərhədlərindən çox uzaqda yəhudi dövlətinə doğru uçan raketləri vura bilən Arrov 3-dür. 70 kilometrə qədər uçuş məsafəsi olan Arrov 2 sistemi də daha yaxın təhlükələri aradan qaldırmaq üçün istifadə olunur.