AZ

“İnşaatçılar”da qayda pozan piyada qadını maşın vurdu; ürəyi getdi VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində (İnşaatçılar metrosunun yaxınlığında) piyadavurma hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 17-də günorta saatlarında qeydə alınıb. Belə ki, yolu müəyyən olunmamış yerdən keçən qadın hərəkətdə olan maşına dəyib. Hadisə şahidinin iddiasına əsasən, piyada avtomobilin güzgüsünə toxunub. Qəzadan şoka düşən qadının halı pisləşib və yerə yıxılıb. Yaxınlıqda olan vətəndaşlar və polis əməkdaşları ona ilkin yardım göstəriblər. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yüngül xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
avtosfer.az

1Mənbələr