AZ

Maykl Ceksonu nə öldürmüşdü?

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun  keçmiş vəkili Brayan Oksman məşhur sənətkarın ölüm səbəbi ilə bağlı yeni iddia irəli sürüb. 

OLAY yazır ki, o, Radar Online-a verdiyi açıqlamada bildirib ki, Ceksonu əslində  məhkəmə prosesi və ona qarşı yönəlmiş təzyiqlər “öldürüb”.

Rəsmi sənədlərə əsasən, Cekson  güclü yuxu dərmanından dozadan artıq istifadə nəticəsində ürək dayanmasından dünyasını dəyişib. Lakin Oksman deyir ki, bu, sadəcə nəticədir. Əsl səbəb isə  seksual xarakterli zorakılıq ittihamlarına dair məhkəmə işləri və bu prosesin psixoloji fəsadlarıdır.

2005-ci ildə Cekson 13 yaşlı  Gevin Arvizo ya qarşı cinsi zorakılıqda ittiham olunmuşdu. Həmin prosesdə  məsum elan edilsə də, yaranan skandal və cəmiyyətin reaksiyası Ceksona ciddi təsir göstərmişdi. “Maykl gecələr onlarla dəfə zəng edirdi. Dayanmadan soruşurdu: “Niyə? Mən onlara yaxşı davranmışdım, bəs niyə bu yalanı uydururlar? Bu sualın cavabını ömrünün sonunadək tapa bilmədi” – deyə, Oksman bildirib.

2005-ci ildə keçirilən sorğuda ABŞ əhalisinin 80%-i  onun bu cinayəti törətdiyinə inandığını bildirib. Oksmanın sözlərinə görə, bu, Ceksonun şəxsiyyətini tam dəyişmişdi. “O emosional cəhətdən tükənmişdi və təəccüblə soruşurdu: “Mən sənətçiyəm. Mən insanlardan asılıyam. Amma onların 80%-i məni günahkar hesab edir”.

Bundan başqa, Cekson  britaniyalı jurnalist Martin Başirə qarşı da xəyanət hissi keçirirmiş. Başir “Maykl Ceksonla həyat” adlı sənədli film üçün verdiyi müsahibədə Ceksonu pedofil kimi təqdim etmişdi . Oksmanın sözlərinə görə, Cekson deyirmiş ki,  əgər onu həbs etsələr, ölər  — çünki cinsi zorakılıqla bağlı ittihamlarla həbs edilən şəxslərə digər dustaqlar çox qəddar davranırlar.

Seçilən
14
1
olay.az

2Mənbələr