AZ

Argentinanın keçmiş prezidentinin həbs cəzası ev dustaqlığı ilə əvəzləndi

Operativ MM saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Argentinanın federal məhkəməsi korrupsiya işi ilə bağlı 6 il həbs və ömürlük dövlət vəzifəsində işləməyə qadağa qoyulan keçmiş prezident Kristina Fernandes de Kirşnerin cəzasını ev dustaqlığı ilə əvəz edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məhkəmə Kirşnerin yaşını və 2022-ci ildə məruz qaldığı sui-qəsd cəhdini nəzərə alaraq bu qərarı verib.

Kirşner cəzasını evində elektron qolbaqla çəkəcək.

Qərardan sonra onlarla insan Kirşnerin evinin ətrafına toplaşaraq öz dəstəklərini nümayiş etdiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
operativmm.az

2Mənbələr