AZ

Amerika İsrail-İran müharibəsinə QOŞULARSA...

“Amerika İran-İsrail müharibəsinə qoşularsa, heç şübhəsiz ki, genişmiqyaslı müharibəyə şahidlik edəcəyik. Bu ehtimal istisna deyil. Amerika müharibəyə qoşulsa, İranın bundan sonra necə davranacağı öz aqibətini təyin edəcək. Bir qədər gec olsa da, İran yenidən konstruktiv mövqeyə qayıtmağa özündə iradə taparsa, əlbəttə ki, bu, başqa reallıq yaradacaq. Yox İran yenə də indiki kimi radikal mövqedən çıxış edəcəksə, bu da tamamilə başqa reallıq yaradacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, hər bir ölkənin xarici siyasəti həm də özü özlüyündə bumeranq xarakterlidir: “Yəni “nəyi əkərsən, onu da biçərsən” fəlsəfəsinə söykənir. Əgər bir ölkə aqressiv siyasi strategiya, öz lokal dəyərlərini ixrac etmək siyasəti müəyyənləşdirirsə, o ölkəyə qarşı mütləq həmin hadisə baş verəcək. Təzyiq əks təzyiqə bərabərdir -  fizikanın bu dəmir məntiqi beynəlxalq münasibətlərə də aiddir. Bu günə qədər qonşumuz İran tərəfindən həyata keçirilən siyasət bütün ətraf ölkələrdə arzuolunan reaksiya yaratmayıb, çünki bunun əsasında qarşılıqlı maraqlar yox, sadəcə, İranın öz maraqları dayanıb. Belə olan halda dialoq mühiti ortadan qalxıb. Hazırda məhz bu gerçəkliyin rədd olunmasının nəticəsidir ki, İranla İsrail arasında müşahidə etdiyimiz bu cür qismi müharibə halları baş verir”.

 

Aytəkin Qardaşova

Tarix: 18 İyun 2025, 15:35   
Seçilən
2
pravda.az

1Mənbələr