AZ

Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: “Embawood” cərimələndi

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi istehlakçı hüquqlarının pozulması ilə bağlı “Embawood” MMC barəsində inzibati protokol tərtib edib.

“McDonald’s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi! - VİDEO

FED.az xəbər verir ki, Agentliyin apardığı araşdırmalara əsasən, şirkət bir neçə istiqamətdə qanun pozuntusuna yol verib. İlk növbədə, qüsurlu malın geri qaytarılması tələbinə imtina cavabı verilib ki, bu da alıcının əsas hüquqlarının pozulması deməkdir.

Digər bir ciddi məqam isə istehlakçı ilə bağlanmış müqavilədədir. Müəyyən olunub ki, müqaviləyə qanunvericiliklə nəzərdə tutulan hüquqlardan kənar, alıcının hüquqlarını məhdudlaşdıran əlavə şərtlər daxil edilib. Bu isə həm etik, həm də hüquqi baxımdan yolverilməzdir.

Məsələ ilə bağlı 05 mart 2025-ci il tarixində protokol tərtib edilib. Qanun pozuntusu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 16-cı maddələrinə ziddir.

Baş vermiş hüquq pozuntuları İnzibati Xətalar Məcəlləsinə əsasən aşağıdakı qaydada qiymətləndirilib:

  • Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması – bu hal İXM-in 444.2-ci maddəsinə əsasən məsuliyyət yaradır.

  • Müqaviləyə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi isə İXM-in 447.0.9-cu maddəsinə uyğun olaraq inzibati xəta hesab edilir.

Seçilən
6
fed.az

1Mənbələr