AZ

Bakıda Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı.Trend:
Bu gün Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinəhəsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar”mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Trend xəbər verirki, tədbirdə öncə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlıqısametrajlı sənədli film nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası AliMəhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şuranın20 illik fəaliyyətinə nəzər salaraq, qurumun təsis edilməsininədalət mühakiməsinin keyfiyyətli həyata keçirilməsinə mühüm töhfəverdiyini qeyd edib.
Bildirilib ki, yeni islahatlar çərçivəsində məhkəmə hakimiyyətininmüstəqilliyi gücləndirilib, Məhkəmə-Hüquq Şurasının statusu vətərkibi beynəlxalq standartlara uyğunlaşdırılıb. Həmçininhakimlərin seçimi, təyinatı və vəzifədə irəli çəkilməsi sahəsindəşəffaflıq və çeviklik prinsipləri əsasında mühüm yeniliklər həyatakeçirilib. Məhkəmə islahatlarının davamlılığı, hakimlərinpeşəkarlığının artırılması və rəqəmsal transformasiyanıngenişləndirilməsinin gələcək fəaliyyətin əsas prioritetlərinitəşkil etdiyi vurğulanıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, PrezidentAdministrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsininmüdiri Fuad Ələsgərov çıxış edərək bildirib ki, 2005-ci ildəMəhkəmə-Hüquq Şurasının formalaşdırılması ilə ölkəmizdə məhkəməhakimiyyətinin inkişafı, onun idarə olunmasının institusionaləsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Geniş hüquqislahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha dagücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləritətbiq olunub.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasətişöbəsinin müdiri Gündüz Kərimov çıxışında qeyd edib ki, 20 ilərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçib. Şura vəonun əməkdaşlarının gərgin fəaliyyəti nəticəsində Azərbaycandamüasir, savadlı və vicdanlı hakim korpusu formalaşdırılıb. Qeydedilib ki, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasıqanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıxbağlıdır. Məhkəmə icraatının effektivliyinin yüksəldilməsi isəvahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəməprosedurlarının səmərəli və effektiv keçirilməsi, qərarların aydınvə ağlabatanlığı ilə dəyərləndirilir. Bu gün sadalanan həmintələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsiyalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki,Azərbaycanda məhkəmə sistemində çox işlər görülüb. Qeyd edilib ki,məhkəmələrdə qərarlar qanunun tam ciddiyyəti ilə qəbul olunur.Bununla yanaşı, Azərbaycanda məhkəmə fəaliyyətinin tam yüksəksəviyyədə həyata keçirilməsi üçün normal şəraitin yaradılması daolduqca vacib məsələdir. Məhkəmə sahəsində səmərəliliyin bundansonra da artırılacağı qeyd edilib.
Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiqsədri Fikrət Məmmədov çıxışında bildirib ki, Prezident İlham ƏliyevRespublika Prezidenti seçiləndən sonra verdiyi ilk tapşırıqlarındanbiri məhz məhkəmə sisteminin daha da müasirləşdirilməsi ilə bağlıolub. Bununla əlaqədar müvafiq konsepsiya hazırlanıb və məhkəməsisteminin mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq mükəmməlolması üçün nüfuzlu xarici ekspertlər işə cəlb olunub. Beləliklə,qısa müddətdə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi tammüstəqil qurum olan Məhkəmə-Hüquq Şurası təsis olunub, məhkəməfəaliyyətini tənzimləyən qanunvericiliyə əsaslı dəyişiklikləredilib.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze isə çıxışındaGürcüstan məhkəmə sistemi adından təbriklərini çatdıraraq qeyd edibki, Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanın hüquqiislahatlar tarixində mühüm mərhələ olub. Vurğulanıb ki, məhkəməşuraları müstəqil qurumlar kimi məhkəmə sisteminin idarəolunmasında əsas rol oynayırlar. Onların vəzifəsi yalnıztəyinatlar, yüksəlişlər və intizam məsələlərini nəzarətdə saxlamaqdeyil, eyni zamanda məhkəmələri xarici təsirlərdən qorumaqdır.
Konfransda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə, həmçinin məhkəməsahəsində islahatlara verdiyi töhfəyə görə Şuranın sabiq sədri,Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “AzərbaycanRespublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)”Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasirbeynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” vədigər mövzularda panel müzakirələr təşkil edilib.
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
18
5
az.trend.az

6Mənbələr