Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynaya yardım dayandırılacağı təqdirdə rus dilini öyrənməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
"Mən dostum, NATO-nun baş katibi Mark Ruttedən sitat gətirəcəyəm: Ukraynaya kömək etməyi dayandırsaq, hamımız rus dilini öyrənməyə başlamalıyıq", - Kallas deyib.
“Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirmək lazımdır, çünki keçmiş sovet respublikası Avropanın ilk müdafiə xəttidir”, - Kallas bildirib.