“Yalnız ABŞ-da olan GBU-57A/B super ağır bomba İranın Fordodakı yeraltı nüvə obyektini məhv edə bilər“.
AzPost bildirir ki, bu barədə “New York Post” nəşri silah ekspertlərinə istinadən yazır.
Fordodakı nüvə obyekti dağın təxminən 90 metr dərinliyində yerləşir və böyük dərinliklərdəki hədəfləri vura biləcək bombalar tələb edir.
“ABŞ həm təyyarəyə, həm də döyüş sursatına nəzarət edir. “Bu, yalnız Amerika bombardmançısı və Amerika bombası ola bilər”, – deyə nəşr Vest Pointdəki ABŞ Hərbi Akademiyasının şəhər müharibəsi üzrə tədqiqatlar şöbəsinin rəhbəri Con Spenserdən sitat gətirir.
Bomba yerədək bir qədər məsafə qət edir və sonra partlayaraq yeraltı tikililərə çatmağa imkan verir. Belə sursatın dəyəri 500 milyon dolları ötür, çəkisi isə 15 tondur. Onu yalnız İsrailin arsenalında olmayan B-2 Spirit strateji bombardmançıları daşıya bilər.
Wall Street Journal-a görə, 2013-cü ilə qədər ABŞ Hərbi Hava Qüvvələri bu sursatlardan 20-ni almışdı. Vaşinqton onları müttəfiqlərinə, o cümlədən İsrailə verməkdən imtina edib.