İyunun 21-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsinin əsas tədbirində iştirak edəcək Camal Hill mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, ABŞ-li döyüşçü əvvəlcə Bakını dəyərləndirib: 

"Bakı əladır. Enerjini, qonaqpərvərliyi bəyənirəm. Gözəl şəhərdir. Möhtəşəm bir yerdir. Bəzi azarkeşlərlə də görüşdüm, hoteldə, hava limanında qarşılaşdıq".

O, Azərbaycana rəqibi Xalil Rauntridən daha gec gəlməsinə münasibət bildirib:

"Bazar günündən burdayam. Düzünü desəm, fərqli vaxt zonalarında çıxış etmişəm. Uyğunlaşmaq mənim üçün çox çətin deyil. O saatlarda da məşq edirəm deyə mənə fərqi olamayacaq".

O, X.Rauntrinin ""Üzümdə heç bir qan olamayacaq", açıqlamasına belə cavab verib:

"Xalil belə fikirləşə bilər. Amma elə olacağı anlamına gəlmir. Döyüşdə necə olacağını görəcəyik. Onun bunu deməyi gülməlidir. Xalil üzündən daha çox zərbələr alır, nəinki mən. Bu bəyanat ona necə gəlir bilmirəm, bəlkə də gecə yuxusunda görür. Lənətəgəlmiş dəli".