AZ

Yanvar-mayda 172,4 mln manat dəyərindətekstil məhsulları istehsal edilib

Finss.az - 2025-ci ilin yanvar-may aylarında toxuculuq sənayesi sahəsində 172,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 26,8 faiz artım qeydə alınıb.

Tekstil sənayesinin strukturunda ən böyük artım pambıq yataq ağları istehsalında müşahidə olunub. Bu məhsulun buraxılışı il ərzində 4,8 dəfə artaraq 90,1 min ədədə çatıb.

Hesabat dövründə 44 316,1 ton (+29,9 faiz) pambıq mahlıcı, 7 433,2 ton pambıq ipliyi (+22,5 faiz), 12 325,4 min kvadratmetr (+11,4 faiz) pambıq parçaları istehsal olunub.

Xalça və xalça məmulatlarının istehsalı ötən ilin səviyyəsində qalıb – 1,3 min kvadratmetr.

Qeyd edək ki, iyunun 1-nə tekstil məhsulları üzrə böyük hazır məhsul ehtiyatı mövcuddur. Anbarlarda 29 795,1 ton pambıq mahlıcı, 5 356,4 ton pambıq ipliyi, 601,8 min kvadratmetr pambıq parçaları, 6,9 min ədəd pambıq yataq ağları və 5,4 min kvadratmetr xalça və xalça məmulatları toplanılıb.

Seçilən
6
fins.az

1Mənbələr