AZ

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikə - Zəngəzur mahalına "təhdid" barəsindəki bəyanatları təxribat adlandırıb.

Ermənistanda bir sıra ekspertlər və siyasətçilər İran-İsrail münaqişəsi fonunda Azərbaycanın Zəngəzur dəhlizini açmasından xoflanırlar. 

Paşinyan jurnalistlərə açıqlamasında həmin şəxslərin hədəfinin erməni cəmiyyətində təlaş doğurmaq olduğunu söyləyib.

Paşinyan Azərbaycanla Ermənistanın sülh sazişinin mətnini təsdiqlədiklərini xatırladıb. Paşinyan deyib: "Dəfələrlə dediyim kimi, Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh olacaq".

Hürr Tərcüman

Seçilən
7
hurriyyet.az

1Mənbələr