Polşa Prezidenti Andjey Duda bildirib ki, ABŞ-ın Polşadakı hərbi mövcudluğunu məhdudlaşdırmaq planları ilə bağlı hər hansı məlumata malik deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Mənim əlimdə ABŞ-ın Polşadakı hərbi mövcudluğunu azaltmaq niyyətində olduğuna dair heç bir məlumat yoxdur”, – deyə Duda vurğulayıb.
2023-cü ildə Andjey Duda bəyan etmişdi ki, Polşa ərazisində təxminən 10 min amerikalı hərbçi yerləşir. Hazırda respublikada nə qədər Amerika hərbçisinin olması barədə dəqiq məlumat verilmir.