"Biz bildirmişik ki, sülh gündəminə sadiqik və bu istiqamətdə Azərbaycanla məsləhətləşmələr, danışıqlar aparırıq", - deyə Paşinyan vurğulayıb.
O əlavə edib ki, son vaxtlar vətəndaşlarla daha intensiv ünsiyyət qurur və bu proses əsasında hökumətin sülh gündəminin həyata keçirilməsi yolunda qeyd-şərtsiz dəstəyə malik olduğunu qətiyyətlə deyə bilər.
"Bəli, Ermənistan Respublikasının ətrafında təhdidlər mövcuddur. Bu təhdidlər həmişə olub. Amma fərq ondadır ki, bu gün Ermənistanın ətrafında və özü üçün misilsiz imkanlar yaranıb - bu cür imkanlar daha əvvəl olmayıb. Bundan başqa, mənim qiymətləndirməmə görə, hazırda Ermənistan Respublikası bu təhdidlərin idarə olunması üçün daha geniş imkanlara malikdir", - deyə baş nazir qeyd edib.