AZ

Jel Sandaletlər Geri Döndü: Uşaqlıq Xatirələri ilə Dolu Yay Trendi- FOTO

Jel

Moda dövr edir, və bir vaxtlar uşaqlığımızın parlaq, oynaq detallarını xatırladan detallar yenidən gündəmə gəlir. Bu yay stilistlər jel sandaletləri – yüngül, yarımşəffaf, bəzən parıltılı və rəngarəng modelləri – şəhər obrazına qatmağı tövsiyə edirlər.JelMinimalizmlə birləşdirinƏgər neon rəngli, parıltılı jel sandalet seçmisinizsə, geyiminizin qalan hissəsini sakit tonlarda saxlayın: ağ oversize köynək, kətan şort, zərif top. Sandaletin rəngini aksessuarlarda (zərif bilərzik, eynək, saç rezini) təkrarlamaq obrazı birləşdirəcək.Bir az yumor qatınSocks + jel sandalet? Bəli, bu trend geri dönüb! Nazik, bəzəkli corablarla kombin edin – xüsusilə “soft grunge” və ya “geek-chic” üslubunda. Pijama şalvarı, midi ətək və printli futbolkalarla tamamlaya bilərsiniz. Qayda sadədir: cəsarətli olun və oynayın!Şəhər şıklığı ilə ziddiyyət yaradınJel sandaletlər biznes tərzində də maraqlı kontrast yaradır: blazer-don, kətan kostyum, qara qələm ətək və nazik askılı topla tamamlayın. "Yuxarı-aşağı" kombinləri ilə obraz həm ağıllı, həm də fərqli görünəcək. Klataş, gün eynəyi və sadə makiyajla tamamlayın.Bu sadəcə çimərlik ayaqqabısı deyilİndi jel sandaletlər təkcə dəniz üçün deyil, şəhər üçün də aktualdır. Bu mövsüm kütləvi platformalı, tokalı, dabanlı modellər dəbdədir. Hətta axşam dəvətləri üçün də uyğundur: kombinezon-don, kəmərli jaket və ya içliksiz blezerlə geyinin. Parıltılı makiyajla son toxunuşu verin – və yay sizin olacaq! Ulusum.az

Diqqət Çəkənlər

“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu

Tramp danışacaq: İranla müharibə qapıdadır?

İranda "əsrlik sürpriz" vəd edilir: Bu axşam dünya nəyi unutmayacaq?

Seçilən
6
ulusum.az

1Mənbələr