AZ

Çin yük təyyarələri İrana nə daşıyır?

Çin İsrailin “Şir kimi insanlar” əməliyyatına başladıqdan sonra İrana ən azı üç yük təyyarəsi göndərib.

Editor.az bildirir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti yazıb. Onun məlumatına görə, birinci təyyarə iyunun 14-də, digərləri isə sonrakı iki gündə havaya qalxıb. Onlar Çinin şimalı boyunca qərbə, Qazaxıstan üzərindən, daha sonra Özbəkistan və Türkmənistandan keçərək cənuba uçub və İrana yaxınlaşarkən radarlardan itiblər. Lüksemburq son təyinat yeri kimi göstərilsə də, çox güman ki, təyyarələr Avropaya çatmayıb.

Uçuşlar “Boeing 747” yük təyyarələri ilə həyata keçirilib. Aviasiya mütəxəssisləri Telegraph-a bildiriblər ki, belə təyyarələrdən ən çox hərbi texnika və silahların daşınması üçün istifadə olunur. Nəşr qeyd edib ki, İran Çinin əsas enerji təchizatçılarından biridir və gündə 2 milyon barelə qədər neft verir. Pekin bundan əvvəl də Tehranı ballistik raketlər üçün komponentlər və nüvə silahının hazırlanmasında istifadə oluna biləcək materiallarla təmin edib.

İyunun 13-nə keçən gecə İsrail bu ölkənin nüvə silahının hazırlanmasında mühüm irəliləyiş əldə etdiyinə inanaraq, İrana qarşı əməliyyata başlayıb. Əməliyyatda nüvə obyektləri, hərbi rəhbərlik, nüvə fizikləri, hava bazaları, hava hücumundan müdafiə sistemləri və yer-yer raketləri hədəf alınıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr