AZ

“Sabah”ın potensial rəqibləri dəqiqləşdi

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın da potensial rəqibləri dəqiqləşib.

Bakı təmsilçisi ilk mərhələdə Sloveniya "Selye"sini keçərsə, AEK (Larnaka, Cənubi Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütlərinin qalibi ilə qarşılaşacaq.

Komandalar arasında ilk matç iyulun 24-də evdə, cavab oyunu ayın 31-də səfərdə olacaq.

Seçilən
7
football-plus.az

1Mənbələr