AZ

Zaxarova Kansleri sərt tənqid edib

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb. Diplomat Almaniya kanslerinin İsrailin İranla münaqişədə Qərbin çirkin işini görməsi barədə səsləndirdiyi fikrə diqqət çəkib: “Təsəvvür etmək bir yana, indiyə qədər eşitdiyim ən dəhşətli ifadədir”.

O xatırladıb ki,Üçüncü reyx dövründə Brilon şəhərinin meri postunu tutan Mertsin babas Yozef Paul Sovin küçələrə Hitler və Gebbelsin adını verib, Milli Sosialist Alman Fəhlə Partiyasının üzvü və hücum qoşununun ehtiyatdakı hərbçisi olub. Kanslerin atası Yoahim Merts Vermaxtın sıralarında SSRİ-yə qarşı vuruşub.

“Dünyanı “qəhvəyi vəbadan” xilas edən və sonradan Holokost adlandırılacaq konsentrasiya düşərgələrinin məhbuslarını azadlığa buraxan həmin SSRİ qoşunlarına qarşı döyüşüb. Rusiya bu gün antifaşistlərin öz zamanında başladığı işi davam etdirir”.

İlkin Nəcəfzadə
AzVision.az


Seçilən
4
3
azvision.az

4Mənbələr