AZ

Bərdə və Ağcabədidə 1894 müəllim İMTAHAN verib

Bərdə və Ağcabədi rayonlarında müəllimlərin sertifikasiya imtahanı keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib. İmtahana Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin pedaqoji heyəti qatılıb.

Bu il ilk dəfə olaraq sertifikasiya imtahanlarında Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərə rayon Talış kənd orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta eləcə də Xocalı rayon Ballıca kənd orta məktəbdə çalışan təhsil verənlər iştirak edib.

Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb və Ağcabədi şəhər M. Aranlı adına 11 nömrəli tam orta məktəblərin inzibati binasında keçirilən imtahan prosesi tam şəffaf şəkildə və elektron qaydada təşkil olunub. Hər iki rayonda təşkil edilən imtahanlarda 1894 müəllim iştirakı üçün şərait yaradılıb.

Qeyd edək ki, imtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunub.









Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
6
8
bizim.media

2Mənbələr