Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Jukovski hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu cür tədbirlər tez-tez baş verən İHA hücumu təhlükəsi səbəbindən həyata keçirilir.
Qeyd edək ki, iyunun 17-nə keçən gecə Moskva hava qovşağının bütün hava limanları – Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski fəaliyyətini dayandırıb. Məhdudiyyətlər təxminən 25 dəqiqə davam edib. Sonra Moskva meri Sergey Sobyanin iki pilotsuz təyyarənin vurulduğunu bildirdi.
//Samir Qurbanov, Editor.az