İranın dövlət televiziyası İranın ali dini lideri Əli Xameneyinin istənilən hücuma cavab verməyə hazır olması ilə bağlı əvvəlki bəyanatını yayıb.
Publika.az xəbər verir ki, İran mediası Xameneyinin xalqa yeni müraciətlə çıxış edəcəyi barədə məlumat yaydığı halda, efirə iyunun 13-ə aid olan müraciəti verilib.
Xameneyi müraciətində vurğulayıb ki, İran öz ərazisinə edilən hücumlara etinasız yanaşmayacaq, bu baxımdan ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.
Kanal daha sonra yayımı kəsərək arxiv görüntülərini nümayiş etdirdiyinə aydınlıq gətirib.