AZ

"Sabah"ın potensial rəqibinin kimliyinə aydınlıq gəldi

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Sabah"ın da potensial rəqibi bəli olub. 

Mübarizəyə birinci mərhələdən başlayacaq ölkə kubokunun qalibi Sloveniyanın "Sele" komandasını keçəcəyi təqdirdə, növbəti rəqibi AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi olacaq. 

"Bayquşlar"ı II mərhələyə adlasa, ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 24 iyulda, cavab görüşü bir həftə sonra keçiriləcək.

Seçilən
14
1
fanat.az

2Mənbələr