AZ

ABŞ Yaxın Şərqə 10 min mərmi ötürərkən, Rusiya Kiyevə hücum etdi - WP

İyunun 17-nə keçən gecə Rusiya Kiyevə kütləvi hücum etdi. Bu, ABŞ-ın Ukrayna üçün nəzərdə tutulan 10 min mərminin Yaxın Şərqə ötürülməsindən sonra baş verdi. Mərmilər Ukraynanı Rusiya dronlardan qorumaq üçün istifadə edilməli idi.

Herbiand.az bildirir ki, bu barədə “The Washington Post”a Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, “nisbətən ucuz raketlər”in və ya pilotsuz təyyarələri ələ keçirmək üçün istifadə olunan kiçik raketlərin olmaması Ukrayna üçün təhlükəli vəziyyət yaradır, belə olan halda Rusiya hər hücum zamanı yüzlərlə pilotsuz uçan aparat buraxır: “Onlar bütün bu sursatları götürdülər. Onlar son dərəcə vacib idi. Biz ən qısa zamanda Shahed-ə qarşı yeni həll yolu tapmalıyıq. Əks halda, bu vəziyyət hər gün təkrarlanacaq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
herbiand.az

1Mənbələr