AZ

“Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsinin icrasına start verilib

Dədə Ələsgər Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olaraq “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihənin icrasına başlamışdır.

Herbiand.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan xalq ədəbiyyatının zirvələrindən biri olan ustad aşıq Ələsgər irsini və Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın vətənə qaydış ideyasını bir araya gətirərək sazla-sözlə xalqımızın milli ruhunu gücləndirmək, eləcə də Qərbi azərbaycanlılar arasında bu müqəddəs ideyanın təbliğinə töhfə verməkdir.

Tarixi Azərbaycan torpaqlarından - indiki Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımız bu gün də doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Azərbaycan dövləti və Qərbi Azərbaycan İcması bu istiqamətdə həm beynəlxalq hüquq müstəvisində, həm də ictimai səviyyədə məqsədyönlü və sistemli fəaliyyət göstərməkdədir. Layihə də bu geniş və vacib prosesə mədəni və mənəvi dəstək verməyi hədəfləyir.

Layihə çərçivəsində Qərbi azərbaycanlıların sıx məskunlaşdığı dörd bölgədə və Bakı şəhərində aşıqlardan ibarət konsert proqramları təşkil olunacaq. Sazla doğulub, sazla böyüyən bu insanların yaddaşında aşıq sənəti təkcə bir incəsənət forması deyil, həm də kimlik, tarix və vətən duyğusudur. Konsertlər vasitəsilə onların vətənə bağlılıq hissləri bir daha canlandırılacaq və qaydış əhval-ruhiyyəsi gücləndiriləcək.

Layihənin icra müddəti 02 iyun 2025 – 01 sentyabr 2025-ci il tarixlərini əhatə edir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi bu layihə vasitəsilə həm də Qərbi Azərbaycan məsələsinə ictimai diqqəti artırmaq, aşıq sənətinin çağdaş dövrümüzdəki sosial gücünü nümayiş etdirmək və milli mədəni irsimizi yaşatmaq istiqamətində vacib bir addım atır.

Seçilən
1
2
herbiand.az

3Mənbələr