“Sabah”ın yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, klub rəhbərliyi litvalı mütəxəssis Valdas Dambrauskas ilə razılığa gəlib. Hazırda tərəflər arasında xırda detallar müzakirə edilir.
Əgər bir problem yaranmasa, tərəflər müqavilə imzalayacaq və 48 yaşlı mütəxəssis bir neçə gün sonra komanda ilə birlikdə yay toplanışı üçün Avstriyaya yollanacaq.
Xatırladaq ki, “Sabah” ayın 21-də sözügedən ölkədə təlim-məşq toplanışına start verəcək.