ain.az bildirir, Azxeber.com portalına istinadən.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin Qəzza zolağına hücumları səbəbiylə bölgədəki səhiyyə sisteminin kritik həddə çatdığını, həyati əhəmiyyətli dərman və qan preparatlarının tükəndiyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, UNRWA X sosial media platformasında verdiyi açıqlamada əsas tibbi ləvazimatların 45 faizinin tükəndiyi, qalan ehtiyatların isə təxminən 6 həftə ərzində tamamilə tükənəcəyi gözlənildiyi bildirilib.
"Həyati əhəmiyyət kəsb edən dərmanlar və qan məhsulları tükənmək üzrədir. Qəzzada sağlamlıq ehtiyacları son dərəcə aktualdır və hər gün artır" deyə bəyanatda deyilir.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bölgədə 5 dövlət və 11 özəl olmaqla cəmi 16 xəstəxana qismən fəaliyyət göstərir. Bundan əlavə, 8 sahə xəstəxanası da təcili tibbi yardım göstərir.
Gülay
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.