İsrailin hava hücumu nəticəsində İranın İsfahan əyalətinin Ərdastan şəhərində 4 SEPAH zabiti öldürülüb.
Axar.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.
Onların polkovnik Möhsün Qumi, polkovnik Möhsün Zairi, leytenant Həmzə Zairi və kapitan Ümid Məzlum olduğu bildirilib.
Qeyd edək ki, Ərdastan polisinin təhlükəsizlik rəisi Salar Mehrabi də həlak olub.