AZ

"Meta" və "Prada"dan süni intellektlə işləyən ağıllı eynəklər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikalı texnologiya şirkəti “Meta” süni intellekt texnologiyası ilə təchiz olunmuş ağıllı eynəklərin istehsalı sahəsində moda nəhəngləri ilə əməkdaşlıqlarını elan etməyə davam edir.

Banco.azxəbər verir ki, artıq Ray-Ban, Oakley, Persol, Oliver Peoples, Vogue Eyewear, Arnette, Alain Mikli kimi brendləri özündə birləşdirən eynək nəhəngi “EssilorLuxottica” ilə əməkdaşlıq edən “Meta” indi də İtaliyanın moda nəhəngi “Prada” ilə süni intellekt dəstəklı ağıllı eynəklərin istehsalında əməkdaşlığa başlayıb.

“Meta”nın Prada ilə hazırladığı ağıllı eynəklərin nə vaxt satışa çıxarılacağı hələ açıqlanmayıb. “Prada” ilə olan bu əməkdaşlıq “Meta”nın süni intellekt texnologiyalı ağıllı eynəklərini yalnız “EssilorLuxottica” ilə deyil, digər moda şirkətləri ilə də inkişaf etdirmək istədiyini göstərir.

Meta artıq milyonlarla Ray-Ban “Meta” süni intellektli ağıllı eynək satıb. Bloomberg-in xəbərinə görə, şirkətin bu həftənin əvvəlində “EssilorLuxottica”ya məxsus başqa bir marka olan “Oakley” ilə də süni intellekt texnologiyalı ağıllı eynək istehsalı üzrə əməkdaşlığa getməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
7
1
banco.az

2Mənbələr