AzVision.az xəbər verir ki, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin analitiki Pol Teylor Böyük Britaniyanın “The Guardian” qəzetindəki köşə yazısında diplomatik mənbələrə istinadən belə məlumat verib.
“Liderlər keçmiş bəyanatlarını xatırlasalar da, NATO-nun Ukrayna və Gürcüstanın bir gün üzv olacağına dair vədinə birbaşa istinad edilməyəcək. Bu, ABŞ prezidenti Donald Trampın qarşı çıxdığı bir məqamdır.Keçən il Co Baydenin rəhbərliyi altında ABŞ Ukraynanın NATO-ya üzvlük yolunun “dönməz” olduğu barədə bəyanatı imzaladı. Tramp isə bu məsələdə əl əyləcini çəkdi”,- Pol Teylor yazır.
Bundan əlavə, bu il alyans liderlərinin toplantısında ənənəvi uzunmüddətli kommünike hazırlanmayacaq. Əvəzində 2032-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5%-ə çatdırmaq öhdəliyini bir daha təsdiqləyən qısa birgə bəyanatın dərc edilməsi planlaşdırılır.
Həmçinin, Ukraynaya dəstək, kibertəhlükəsizlik və hərbi mobillik və dayanıqlığın artırılması üçün infrastrukturun inkişafı layihələri də daxil olmaqla, ÜDM-in əlavə 1,5%-nin müvafiq sahələrə yönəldilməsi təklif ediləcək.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta