İsrailin İrana hücumu nəticəsində ölkədə ölənlərin sayı 585-ə çatıb, 1326 nəfər yaralanıb. Bu barədə İran mətbuatı yazıb.
İsrail mətbuatının yazdığına görə isə İranın hücumu nəticəsində 800-dən çox insan yaralanıb. 3800 insan təxliyə edilib.
İsrail hərbi əməliyyatlar başlayandan bəri İran ərazisində 1100 müxtəlif hədəfə zərbə endirib.
Eyni zamanda MAQATE İsrailin İrandakı sentrifuqa istehsalı obyektlərinə və Tehrandakı tədqiqat mərkəzinə zərbələr endirdiyi barədə məlumat yayıb.
Gülnar