"Bakı elə bil daha öncə də UFC-yə ev sahibliyi edib". 

Offsideplus.az xəbər verir ki, bu sözləri UFC Döyüş Gecəsində iştirak edəcək tacik idmançı Muhammad Naimov mətbuat konfransında söyləyib.

O, Bakıya ilk dəfə gəlsə də, ab-havanın yaxşı olduğunu söyləyib:

"İlk dəfə idi ki, Bakıya gəlirdim. Əslində məni isti qarşılayacaqlarını gözləmirdim. Bura qardaş ölkədir. Elə bil ki, UFC Bakıda keçirilib, yollar, şəhərdə ab-hava yüksək səviyyədədir".

Boqdan Qrad ilə üz-üzə gələcək tacikistanlı döyüşçü hazırlıq prosesindən bəhs edib: "Hazırlaşma prosesi yaxşı keçdi. Sparrinq partnyoru da yaxşı idi. Ən yaxşı olmaq istəyirsənsə, ən yaxşılar ilə məşq etməlisən və döyüşməlisən. Ətrafımdakılar möhkəm insanlardan təşkil olunub".