AZ

Aİ Rus neftinə qiymət tavanının 45 dollara endirilməsini təxirə saldı Səbəb

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa İttifaqı Rusiyadan idxal olunan neftə tətbiq edilən 60 dollar/barrel həddinin 45 dollara endirilməsi ilə bağlı qərarı təxirə salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

Nəşr xatırladır ki, qiymət tavanının endirilməsi təklifi Aİ-nin Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketi çərçivəsində irəli sürülmüşdü. Lakin son günlər dünya bazarında neft qiymətlərinin artması, Aİ ölkələrinin bu məsələdə razılığa gəlməsini çətinləşdirib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bu mərhələdə tavan qiymətin dərhal endirilməsini dəstəkləmir. Onun sözlərinə görə, dünya bazarlarında qiymət artdığı üçün mövcud 60 dollarlıq tavan artıq Rusiya üçün gəlir itkisi yaradır və əlavə addıma ehtiyac yoxdur:

"Son günlərdə qiymətlərin yüksəldiyini müşahidə edirik, buna görə də mövcud tavan qiyməti öz funksiyasını yerinə yetirir. Hazırda onu endirmək üçün ciddi təzyiq yoxdur”, – deyə o, G7 sammitində jurnalistlərə bildirib.

Avropa İttifaqı daxilində bir sıra ölkələr, xüsusilə də enerji qiymətlərindən həssas olan dövlətlər, bu addımın dünya neft bazarında əlavə gərginlik və qiymət artımına səbəb ola biləcəyindən ehtiyat edirlər. Belə bir şəraitdə Rusiyanın gəlirlərinin onsuz da azaldığı və əlavə məhdudiyyətin Aİ ölkələrinə iqtisadi zərbə vuracağı düşünülür.

Beləliklə, Rusiya neftinin tavan qiymətinin endirilməsi təklifi hələ ki gecikdirilir, lakin rədd edilmir. Aİ bazar şərtlərini izləyərək gələcəkdə bu qərarı yenidən gündəmə gətirə bilər.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr