"Qarabağ" klubu futbol akademiyası üçün mühüm addım atıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu "Sərhədçi" İdman Klubunun ərazisində olan oteli də icarəyə götürüb.
Bundan sonra müxtəlif bölgələrədən seçilən istedadlı futbolçular burada məskunlaşacaq. Bununla bağlı saytımıza açıqlamasında "Qarabağ" Futbol Akademiyasının direktoru Aftandil Hacıyev məlumat verib: "Akademiyamızda 3 nəfərdən ibarət seleksiya- məşqçi qrupu var. Onlar zaman-zaman Azərbaycanın müxtəlif bölgələrini gəzib istedadlı uşaqları seçirlər. Bu günə qədər bu cür uşaqları yerləşdirmək baxımından problemimiz var idi. Lakin bu problem də həll olunub və bundan sonra seçilən uşaqlar "Sərhədçi"dəki oteldə qalacaq. Hazırda 10-15 uşaq orada qalır. B u sayı 40 nəfərə qədər qaldırmaq olar. Lakin biz bu məsəlyə də həssas yanaşırıq, yalnız istedadlı, böyük bacarığa malik futbolçuları seçib orda saxlamağı düşünürük".