"ABŞ prezidenti D. Trampa İrana birbaşa hərbi müdaxilə etməyə icazə verilmir. Bununla bağlı fikir ayrılıqları hökm sürür".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, İsrailin İrana qarşı hərbi əməliyyatları və Trampın dəstəyi Konqresə keçiriləcək aralıq seçkilərdə Respublikaçıların qələbə əldə etməsini çətinləşdirə bilər: "Həmçinin növbəti seçkilərdə varis olaraq vitse-prezident Vensin prezident seçilməsi sual altındadır.
Ukrayna müharibəsində ABŞ-nin mövqeyində dəyişikliklər və İrana qarşı hərbi əməliyyatlar Respublikaçılar partiyasının nüfuzuna ciddi zərbə vurur. Trampın İrana qarşı müharibəyə qoşulmaq üçün Konqresdən də icazə alması tələb olunur.
Tehran,
Sitat.info