Ceydon Sanço "Napoli"yə qoşulmağa razılıq verib.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" və Neapol klubu arasında isə hələlik razılıq yoxdur. "Qırmızı şeytanlar" ingilis futbolçu üçün 25 milyon avro tələb edir.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Sanço başa çatan mövsümü icarə əsasında "Çelsi"də keçirib. "Zadəganlar" onu birdəfəlik transfer etmək istəməyib.